“Aztelekom” 595 manata görə icra hakimiyyətinin qəzetini məhkəməyə verib

“Aztelekom” 595 manata görə icra hakimiyyətinin qəzetini məhkəməyə verib “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Göyəzən”qəzetini məhkəməyə verib.
Hadisə
6 May , 2019 14:38
“Aztelekom” 595 manata görə icra hakimiyyətinin qəzetini məhkəməyə verib

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Göyəzən”qəzetini məhkəməyə verib.

"Report" xəbər verir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC 595 manat məbləğində internet xidmətindən istifadəyə görə yaranmış borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə tələb irəli sürülüb.

“Aztelekoml” iddia ərizəsi onunla əsaslandırıb ki, MMC ilə “Göyəzən” qəzeti arasında internet xidmətlərinin göstərilməsi barədə müqavilə imzalayıb.

Müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşma protokoluna əsasən, cavabdeh hər ay göstərilən internet xidmətinə görə “Aztelekom” MMC-yə 85 manat ödəməli idi. Lakin qəzet müqavilənin şərtlərini pozaraq 2018-ci ilin iyun ayında başlayaraq, 2018-ci ilin dekabr ayı da daxil olmaqla 7 ay xidmət haqqını ödəməyib, nəticədə “Aztelekom” MMC-ə 595 manat borcu qalıb. Yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməyib.

"Aztelekom” MMC-nin iddiasını qismən təmin edilib. Məhkəmə “Göyəzən” qəzetindən 595 manat məbləğində internet xidmətindən istifadəyə görə yaranmış borc və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq “Aztelekom” MMC-yə ödənilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, “Göyəzən” qəzeti Qazax Rayon İcra Hakimiyyətinin rəsmi orqanıdır.

Son xəbərlər

Orphus sistemi