Yuxarı

“AzSığorta”ya qarşı apellyasiya şikayətinə baxılıb

Qətnamə dəyişdirilmədən saxlanılıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “AZPOD” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “AzSığorta” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

“Report” xəbər verir ki, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bu il “AzSığorta” “AZPOD” şirkətini məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan MMC apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi