"Azneft": İtkin düşmüş hər bir neftçi tapılana kimi axtarışlar davam edəcək

"Azneft": İtkin düşmüş hər bir neftçi tapılana kimi axtarışlar davam edəcək "Hazırda yanğının söndürülməsi istiqamətində 5 yanğınsöndürən gəmi çalışır"
Hadisə
9 Dekabr , 2015 20:29
Azneft: İtkin düşmüş hər bir neftçi tapılana kimi axtarışlar davam edəcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin axtarışı davam etdirilir. 

"Report" xəbər verir ki, bunu "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov operativ qərargahda keçirilən brifinqdə bildirib. 

O qeyd edib ki, axtarış işinə FHN-nin 4 helikopteri, Sərhəd Qoşunlarının helikopterləri və SOCAR-ın gəmiləri cəlb olunub. Onun sözlərinə görə, ehtimal olunan bütün istiqamətlərdə axtarışlar aparılır: "İtkin düşmüş hər bir neftçi tapılana kimi axtarışlar davam edəcək". 

"Hazırda "Günəşli" yatağında 10 saylı dərin dəniz özülündə baş verən yanğının söndürülməsi istiqamətində 5 yanğınsöndürən gəmi çalışır. Yanğını ram etməklə 4 qaz quyusunun söndürülməsi ilə məşğuluq. Hazırda yanğınsöndürən gəmilər oradadır. İlk növbədə özülü su ilə təmin etmək üçün texniki tədbirlər görülür", - D.İskəndərov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi