Azərbaycanlı qadınları Malayziyada cinsi istismara məruz qoyan şəxsin məhkəməsi başlayıb

Azərbaycanlı qadınları Malayziyada cinsi istismara məruz qoyan şəxsin məhkəməsi başlayıb Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Malayziyada cinsi istismara məruz qoymaqda ittiham olunan Məlahət Bəşirovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
9 Yanvar , 2019 13:48
Azərbaycanlı qadınları Malayziyada cinsi istismara məruz qoyan şəxsin məhkəməsi başlayıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Malayziyada cinsi istismara məruz qoymaqda ittiham olunan Məlahət Bəşirovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 23-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Məlahət Bəşirova 2018-ci ilin sonlarında həbs edilib.

Belə ki, o, 2017-ci ildən “İnterpol” kanalları ilə beynəlxalq axtarışa verilib. Məlum olub ki, M.Bəşirova Azərbaycan vətəndaşı olan bir neçə qadını Malayziyaya aparıb və orada cinsi istismara məruz qoyub. O, həmin qadınların ümumvətəndaş pasportlarını əlindən alıb və kişi müştərilərlə görüşdürüb. Bu yolla qazanc əldə edib.

M.Bəşirovadan zərərçəkmiş qadınlar Türkiyədən Azərbaycana qayıtdıqdan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

Cinayət işində 8 zərərçəkmiş qadın var.

Son xəbərlər

Orphus sistemi