Azərbaycanlı qadınları Dubaya apararaq cinsi istismara məruz qoyan qadın apellyasiya şikayəti verib

Azərbaycanlı qadınları Dubaya apararaq cinsi istismara məruz qoyan qadın apellyasiya şikayəti verib Məhkəmənin növbəti iclası martın 14-nə təyin edilib
Hadisə
8 Mart , 2018 16:41
Azərbaycanlı qadınları Dubaya apararaq cinsi istismara məruz qoyan qadın apellyasiya şikayəti verib

Bakı. 8 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində azərbaycanlı qadınları Dubaya apararaq cinsi istismara məruz qoymaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Vəfa Mürşüdovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəiqiqləşdirilib.

Məhkəmənin növbəti iclası martın 14-nə təyin edilib.

Qeyd edək ki, ötən il V.Mürşüdovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə axtarış elan edilib.

O, 2017-ci il sentyabrın 22-də Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. İstintaq dövründə cinayət işi üzrə iki zərərçəkmiş qadın tanınıb. Məlum olub ki, həmin qadınlar V.Mürşüdova tərəfindən Dubaya aparılaraq cinsi istismara məruz qalıb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi