Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir
Hadisə
19 Fevral , 2018 12:14

Bakı. 19 fevral. REPORT.AZ/ “İnterpol” xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı Ukraynada saxlanılıb.

“Report”un məlumatına görə, Azərbaycan Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə “İnterpol” xətti ilə axtarışda olan 1977-ci il təvəllüdlü Elçin Heydərov Ukraynada  tutulub.

Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.

Qeyd edək ki, Heydərov Elçin Asif oğlu 15.02.1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2017-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib və “İnterpol” xətti ilə axtarışa verilib.

Son xəbərlər

Orphus sistemi