Azərbaycanın 4 vətəndaşı brakonyerlik fəaliyyəti ilə məşğul olduğuna görə Qazaxıstanda saxlanılıb

Azərbaycanın 4 vətəndaşı brakonyerlik fəaliyyəti ilə məşğul olduğuna görə Qazaxıstanda saxlanılıb İri həcmdə nərə balığı partiyası aşkar edilərək müsadirə olunub
Hadisə
6 noyabr 2017 09:02
Azərbaycanın 4 vətəndaşı brakonyerlik fəaliyyəti ilə məşğul olduğuna görə Qazaxıstanda saxlanılıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycanın 4 vətəndaşı brakonyerlik fəaliyyəti ilə məşğul olduğuna görə Qazaxıstanda saxlanılıb.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, Qazaxıstanın Regional Sərhəd Mühafizəsi İdarəsinin əməkdaşları iri həcmdə nərə balığı partiyası aşkarlayaraq müsadirə edib və brakonyerləri saxlayıblar.

Göyərtədə azərbaycanlılarla yanaşı, 5 qazaxıstanlı da olub. Sərhədçilər ümumi uzunluğu 27500 metr olan tor şəbəkəsini gəminin göyərtəsinə qaldırıblar.

Son xəbərlər

Orphus sistemi