Azərbaycandan qanunsuz yolla xarici valyutanın çıxarılmasının qarşısı alınıb

Azərbaycandan qanunsuz yolla xarici valyutanın çıxarılmasının qarşısı alınıb Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan gömrükçüləri xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən aparılması cəhdinin qarşısını alıblar.
Hadisə
8 Oktyabr , 2018 11:50
Azərbaycandan qanunsuz yolla xarici valyutanın çıxarılmasının qarşısı alınıb
customs.gov.az
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan gömrükçüləri xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən aparılması cəhdinin qarşısını alıblar. 

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Məlumata görə, DGK-nın Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxışdan öncə, Gürcüstan vətəndaşı bəyannamədə göstərdiyi 1000 ABŞ dollarından artıq pul vəsaitinin olmadığını bildirib. Lakin yoxlama zamanı yük maşınının kabinəsində radio-moqnitafon üçün nəzərdə tutulmuş, ancaq boş olan hissədə kağız bağlamanın olduğu müşahidə edilib. Kağız bağlama gizlədilmiş yerdən çıxarılıb açılarkən içərisindən gömrük nəzarətindən gizlədilmiş əskinazlar – 16 085 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi