Azərbaycandan 60 min dollar vəsaitin qanunsuz çıxarılmasının qarşısı alınıb

Azərbaycandan 60 min dollar vəsaitin qanunsuz çıxarılmasının qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Mart , 2017 14:56
Azərbaycandan 60 min dollar vəsaitin qanunsuz çıxarılmasının qarşısı alınıb

Bakı. 3 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Bakı-İstanbul aviareysilə getmək istəyən Azərbaycan vətəndaşının çantaları rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb. Həmin şəxs gömrük əməkdaşı tərəfindən saxlanılıb və ona məxsus çantalar təkrar yoxlanılıb.

Nəticədə, çantalardan birinin içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 400 ədəd - hər biri 100 dollar nominalında əsginaslar olmaqla, cəmi 40 min dollar, digər çantanın içərisində isə 200 ədəd - hər biri 100 dollar nominalında əsginaslar olmaqla, cəmi 20 min ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi