Balakən. 14 oktyabr. REPORT.AZ/ Balakən rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
"Report"un verdiyi Şimal-qərb bürosunun məlumatına görə, Balakən rayonunun Hənifə kənd sakini Elnur Şabanov kənd ərazisində işlədiyi kərpic zavodundakı hovuzda yuyunarkən yıxılıb və ölüb.
Meyit zavodun əməkdaşları tərəfindən aşkar edilib.
Araşdırma aparılır.