Bakı. 26 avqust. REPORT.AZ/ Gədəbəy rayon mədəniyyət evinin direktor müavini ağır vəziyyətdə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxananın növbətçi həkimi Şahin Quliyevin "Report"a verdiyi məlumata görə, yaralıya təpə nahiyəsinin çapılması, sağ qabırğanın sınığı, aşağı ətrafların əzilməsi diaqnozu qoyulub.
Ş.Quliyev bildirib ki, xəstənin qohumları onun qayadan yıxıldığını bildirsələr də hadisənin əsas səbəbi dəqiq deyil: "Onun yaxınları qayadan yıxıldığını bildirisələr də İlyas Nəsibovun döyülməsi və ya avtomobildə qəza törətməsi istisna olunmur". Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.



