Bakı. 30 oktyabr. REPORT.AZ/ Yevlax rayonunun Salahlı kəndində məcburi köçkünlərin məskunlaşdığı məktəb binasının uçması orda yaşayan insanların həyatını təhlükə altına qoyub. "Report"un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) Yevlax nümayəndəliyinin rəsmiləri hadisə yerində olublar.
Məlum olub ki, intensiv yağan yağış suları uzun illərdir qəzalı vəziyyətdə olan məktəb binasının çökməsinə səbəb olub. Həmin binada yaşamaq təhlükəli olduğundan, ailələrin müvəqqəti olaraq xəstəxana binasında yerləşdirilməsinə qərar verilib.