​Azərbaycanda saxta pul kəsən şəxsə hökm oxunub

​Azərbaycanda saxta pul kəsən şəxsə hökm oxunub Sumqayıt sakini 4 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
1 Dekabr , 2015 15:25
​Azərbaycanda saxta pul kəsən şəxsə hökm oxunub

Bakı. 1 dekabr. REPORT.AZ/ Saxta pul dövriyyəsində təqsirləndirilən Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən bugünkü prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Əliyev ötən il Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı 59 ədəd saxta 100 manatlıq əsginas aşkarlanaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi