Azərbaycanda qızıl oğrusunu tapanlara mükafat vəd olunub

Azərbaycanda qızıl oğrusunu tapanlara mükafat vəd olunub O, dəyəri 12 min manatdan çox olan müxtəlif çeşidli qızıl zinət əşyalarını oğurlayıb
Hadisə
6 Noyabr , 2014 11:54

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycanın Şəmkir rayonunda oğurluq hadisəsi baş verib. Bu barədə "Report"a Şəmkir Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Belə ki, naməlum şəxs 10 oktyabr saat 15 radələrində Şəmkir şəhəri 20 yanvar küçəsində yerləşən mərkəzi bazara daxil olaraq orada qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olan rayon sakini 58 yaşlı Nazənin Allahverdiyevanın etibarından sui-istifadə edərək ona məxsus 12095 manat dəyərində müxtəlif çeşidli qızıl zinət əşyalarını oğurlayıb. Oğurluq zamanı xüsusi ustalıq nümayiş etdirən həmin şəxs üzərində milli pulun olmadığını bəhanə edərək, valyutadəyişmə məntəqəsində pulu dəyişdirərək geri dönəcəyini bildirib. Bir qədər gözləyən satıcı sonradan aldadıldığını başa düşərək Şəmkir RPŞ-yə məlumat verib. Hazırda polis həmin şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Polis axtarılan şəxsin görüntülərini də təqdim edib.

Onu görüb tanıyanlardan  022 305-32-85, 050 336-16-00 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi qorunmaqla mükafatlandırılacaq. 

Son xəbərlər

Orphus sistemi