​Azərbaycanda qeyri-qanuni mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkarlanıb

​Azərbaycanda qeyri-qanuni mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkarlanıb 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu və s. tapılaraq götürülüb
Hadisə
13 Noyabr , 2014 18:32
​Azərbaycanda qeyri-qanuni mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkarlanıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev saxlanılıb. Bu barədə “Report”a Azərbaycan DİN-dən məlumat verilib.

Məlumata görə, onun üzərinə baxış zamanı sandıqçasında 3 patronu olan “Valter” markalı tapança aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Z.Şıxəliyevin Corat qəsəbəsində yaşadığı evə baxış zamanı isə həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar olunub. Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Z.Şıxəliyev indiyədək mətbuatda Sumqayıt sələfilərinin liderlərindən biri kimi tanınıb.

Son xəbərlər

Orphus sistemi