Yuxarı

Azərbaycanda qadın nevrapotoloq intihara cəhd edib

Onun vəziyyətinin ağır olduğu bildirilir

Bakı. 23 yanvar. REPORT.AZ/ Xaçmaz rayonunda qadın nevrapotoloq intihara cəhd edib. "Report"un məlumatına görə, rayon sakini, 41 yaşlı Mətanət Fikrət qızı İlyasova dirsək nahiyəsində damarlarını iti alətlə kəsib. Yaralı dərhal Xudat şəhər xəstəxanasına çatdırılıb. 

Xəstəxanadan "Report"a bildirilib ki, M.İlyasova dirsək nahiyəsindəki vena və arteriya damarlarının kəsilmiş-deşilmiş yarası diqanozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi