Azərbaycanda psixi problemləri olan məhkumlarla bağlı layihə hazırlanıb

Azərbaycanda psixi problemləri olan məhkumlarla bağlı layihə hazırlanıb Bakı. 5 aprel. REPORT.AZ/ Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin müdafiə işləri üzrə koordinatoru Byorn Oliver Ram, psixi sağlamlıq və psixo-sosial dəstək məsələləri üzrə nümayəndəsi Marsello Roriz De Keyroz Ədliyyə Nazirliyinin Penitensiar xidmətində olublar.
Hadisə
5 Aprel , 2018 16:39
Azərbaycanda psixi problemləri olan məhkumlarla bağlı layihə hazırlanıb
Penitensiar.justice.gov.az

Bakı. 5 aprel. REPORT.AZ/ Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin müdafiə işləri üzrə koordinatoru Byorn Oliver Ram, psixi sağlamlıq və psixo-sosial dəstək məsələləri üzrə nümayəndəsi Marsello Roriz De Keyroz Ədliyyə Nazirliyinin Penitensiar xidmətində olublar.

Xidmətdən "Report"a verilən məlumata görə,  rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ilə keçirilən işgüzar görüşlərdə maraq doğuran məsələlərin mütəmadi olaraq müzakirə olunmasını müsbət qiymətləndirərək yenidən görüşməkdən məmnun olduğunu bildirib.

Qeyd edilib ki, BQXK tərəfindən 2 saylı İstintaq təcridxanası ilə əlaqədar göndərilmiş hesabatda göstərilmiş tövsiyələr Xidmətin aidiyyəti idarə və şöbələri tərəfindən müzakirə edilib və zəruri tədbirlər həyata keçirilib.

Azərbaycanla ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin uğurlu nəticələrini qeyd edən Byorn Oliver Ram ölkəmizdə çalışdığı müddətdə Ədliyyə Nazirliyi ilə əməkdaşlığın səmərəli olduğunu vurğulayıb, daha sonra BQXK-nın psixi sağlamlıq və psixo-sosial dəstək məsələləri üzrə nümayəndəsi Marsello Roriz De Keyrozu təqdim edib.

M.R.D.Keyroz qeyd edib ki, Ədliyyə Nazirliyi Tibb Baş idarəsi ilə birgə psixi problemləri olan məhkumlara göstərilən yardımın səmərəsini artırmaq məqsədilə müvafiq layihə hazırlanıb. Layihə çərçivəsində Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında da psixiatriya sahəsindəki mövcud vəziyyət öyrənilib, pilot müəssisə olaraq Bakı İstintaq təcridxanası müəyyənləşdirilib. Layihə, əsasən, 3 fəaliyyət istiqamətini özündə ehtiva edir. Bura psixiatrlar üçün təlimlərin keçirilməsi, pilot müəssisədə başçəkmələr vasitəsilə psixiatriya xidmətinə nəzarət edilməsi və narkomaniyadan əziyyət çəkən məhkumların müalicəsi üçün Səhiyyə Nazirliyi sistemində tətbiq olunan müalicə üsullarının müşahidəsi aiddir.

Aparılmış fikir mübadiləsi zamanı rəis müavini H.Əlixanov pilot layihəyə ciddi rejimli cəzaçəkmə müəssisələrindən birinin daxil edilməsini məqsədəmüvafiq hesab edib.

Müzakirələr zamanı BQXK nümayəndələrini maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib.

Son xəbərlər

Orphus sistemi