Azərbaycanda məhkəmə sədrinə töhmət verildi

Azərbaycanda məhkəmə sədrinə töhmət verildi Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfin
Hadisə
6598
24 Sentyabr , 2020 15:37
Azərbaycanda məhkəmə sədrinə töhmət verildi
0 : 00
0 : 00

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Bu barədə "Report"a Şuradan məlumat verilib.

Bildirilib ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən toplantıda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub.

İclasda hakimlər barədə intizam icraatlarına baxılıb. Şura tərəfindən məhkəmələrdə işlərin bölüşdürülməsinin monitorinqi zamanı aşkar edilmiş pozuntulara görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyevə irad tutulub, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova töhmət verilib. Eyni zamanda icraatda olan daha 4 hakim barədə intizam işlərinə Şuranın növbəti iclaslarında baxılacaq.

Son xəbərlər

Orphus sistemi