Azərbaycanda ilk dəfə seçilən məhkəmə hakimlərinin vəzifə müddəti azaldılıb

Azərbaycanda ilk dəfə seçilən məhkəmə hakimlərinin vəzifə müddəti azaldılıb Hazırda bu müddət 5 ildir
Hadisə
30 Dekabr , 2014 14:05
Azərbaycanda ilk dəfə seçilən məhkəmə hakimlərinin vəzifə müddəti azaldılıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanda ilk dəfə seçilən məhkəmə hakimlərinin vəzifə müddəti azaldılıb. “Report” xəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanunun 96-cı maddəsinə dəyişiklik edilib.

Milli Məclisdə müzakirə olunan dəyişiklər layihəsinə görə, hüquqşünaslar hakim vəzifəsinə ilk dəfə üçün 3 il müddətinə təyin oluna biləcəklər. Hazırda bu müddət 5 ildir.

Maddəyə təklif edilən digər dəyişikliyə görə, Ali Məhkəmə hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün isə 66 yaş müəyyən olunur. Hazırda isə ümumilikdə bütün məhkəmə hakimlərinin son yaş həddi 65-dir.

Layihə müzakirələrdən sonra qəbul edilib.

Son xəbərlər

Orphus sistemi