TƏBİB qəzaya düşən həkimlərin son durumunu açıqladı

TƏBİB qəzaya düşən həkimlərin son durumunu açıqladı Təcili Tibbi Yardım Avtomobili qəzaya düşüb
Hadisə
8 İyul , 2020 16:55
TƏBİB qəzaya düşən həkimlərin son durumunu açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan zaman qəzaya düşən Xudat Şəhər Mərkəzi Xəstəxanasının həkimlərinin son durumunu açıqlayıb.

Bununla bağlı “Report”a açıqlama verən TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, hadisə nəticəsində 7 həkim xəsarət alıb.

“Onlardan 5 nəfərinin xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə göndərilib. 2 nəfər həkim isə xəstəxanaya müayinə üçün aparılıb. Hazırda onların müayinələri davam edir”, - o bildirib.


*** 16:25

Quba Rayon Mərkəzi Xəstəxanasından geri qayıdan həkim briqadası qəzaya düşüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Xudat Şəhər Mərkəzi Xəstəxanasının Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan tibbi personalı təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.

Hadisə nəticəsində biri sürücü olmaqla 8 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xudat Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Qədir Hüseynov "Report"a faktı təsdiqləyib. Baş həkimin sözlərinə görə, tibb işçilərinin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, qəzaya düşən həkimlər COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəli şəkildə xəstəxanalara gedən briqadalardan birinin tibb işçiləri olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi