Yuxarı

Azərbaycanda 37 il məhkumluq həyatı yaşayan şəxs yenidən həbs olunub

Nəriman Mahmudovun həyətindən 10 çətənə kolu aşkarlanıb

Kürdəmir. 17 iyun. REPORT.AZ/ Kürdəmir rayonunda 37 il məhkumluq həyatı yaşayan şəxs yenidən həbs edilib. "Report"un Şirvan bürosunun məlumatına görə, rayonun Mürtülü kənd sakini 1953-cü il təvəllüdlü Nəriman Mahmud oğlu Mahmudova məxsus həyətyanı sahəsinə Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən baxış keçirilib və orada aqrotexniki qaydada becərilən 10 çətənə kolu aşkarlanıb.
Daha sonra onun evinə baxış keçirilən zaman 255 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Polis şöbəsində istintaq zamanı məlum olub ki, N.Mahmudov əvvəllər törətdiyi cinayət əməllərinə görə, ümumilikdə 37 il məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Kürdəmir RPŞ-də Cinayət Məcəlləsinin 237.1 və 234.1 maddəsi ilə cinayət  işi açılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi