Azərbaycanda 3 hakim barədə intizam icraatları başlanıb

Azərbaycanda 3 hakim barədə intizam icraatları başlanıb Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
Hadisə
11 Aprel , 2016 18:52
Azərbaycanda 3 hakim barədə intizam icraatları başlanıb

Bakı. 11 aprel. REPORT.AZ/ Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilib. MHŞ-dən "Report"a verilən məlumata görə, Şura sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda son günlər erməni hərbi birləşmələrinin təxribatının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınaraq düşmənə ağır zərbə endirildiyi vurğulanıb. Bu möhtəşəm zəfərin qazanılmasında şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi yad edilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə günbəgün qüdrətlənən Azərbaycan Ordusunun düşmənin hər bir təxribatına layiqli cavab verməyə qadir olduğu vurğulanıb.

İclasda, həmçinin dövlət başçısının ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqlarına əsasən görülən ardıcıl tədbirlər qeyd edilib, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair qanunvericiliyə dəyişikliklərə və digər təşkilati məsələlərə baxılıb.

Eyni zamanda, bir sıra hakimlərin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onların fəaliyyəti iştirakları ilə müzakirə edilməklə qiymətləndirilib. Yol verilən nöqsan və çatışmazlıqlar onların nəzərlərinə çatdırılıb, habelə hakim kadrlarından daha səmərəli istifadə edilməsi üçün hakimlərin iş yerinin dəyişdirilməsinə dair təkliflər hazırlanıb.

İclasda Hacıqabul Rayon Məhkəməsinin hakimi Həmid Əzizov barədə intizam icraatına baxılaraq, qanunvericiliyin tələbin pozduğuna görə ona irad tutulub, 3 hakim barədə intizam icraatları başlanıb.

Son xəbərlər

Orphus sistemi