Azərbaycana qanunsuz narkotik maddə gətirən musiqiçi kassasiya şikayəti verib

Azərbaycana qanunsuz narkotik maddə gətirən musiqiçi kassasiya şikayəti verib Bakı. 12 yanvar. REPORT.AZ/ Qaçaqmalçılıq yolu ilə qanunsuz narkotik maddələri gətirməkdə təqsirləndirilən Çingiz Muradovun barəsində olan hökmdən kassasiya şikayəti verib.
Hadisə
12 Yanvar , 2019 14:29
Azərbaycana qanunsuz narkotik maddə gətirən musiqiçi kassasiya şikayəti verib

Bakı. 12 yanvar. REPORT.AZ/ Qaçaqmalçılıq yolu ilə qanunsuz narkotik maddələri gətirməkdə təqsirləndirilən Çingiz Muradovun barəsində olan hökmdən kassasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Ali Məhkəməyə müraciət edən Ç.Muradov cəzasının yüngülləşdirilməsini istəyir.

Kassasiya şikayəti hakim İmran Hacıqayıbovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

İttiham aktına əsasən, Ç.Muradov qaçaqmalçılıq yolu ilə xarici ölkədən Azərbaycana qanunsuz narkotik maddə gətirib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Muradov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Ç.Muradov Bakı Musiqi Akademiyasında təhsil alıb.

Son xəbərlər

Orphus sistemi