DTX-nin həbs etdiyi şəxsin məhkəməsində hakim özü-özünə etiraz edib

DTX-nin həbs etdiyi şəxsin məhkəməsində hakim özü-özünə etiraz edib Məhkəmə etirazı təmin edib
Hadisə
25 İyun , 2018 15:02
DTX-nin həbs etdiyi şəxsin məhkəməsində hakim özü-özünə etiraz edib
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə qanunsuz narkotik maddələri gətirməkdə təqsirləndirilən Çingiz Muradovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra kollegiyanın hakimlərindən biri - Eldar İsmayılov özü-özünə etiraz etdiyini açıqlayıb. O bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işini araşdıran istintaq qrupunun üzvlərindən biri onun oğlu olub.

Buna görə də hakim özü-özünə etiraz edib.

Məhkəmə etirazı təmin edib. Bundan sonra cinayət işi üzrə məhkəmə iclası hakim E.İsmayılovun iştirakı olmadan keçiriləcək.

Məhkəmənin növbəti iclası iyunun 27-nə təyin edilib.

Qeyd edək ki, Ç.Muradov qaçaqmalçılıq yolu ilə xarici ölkədən Azərbaycana qanunsuz narkotik maddə gətirməkdə təqsirli bilinir. O, DTX əməkdaşları tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi