Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 55 min siqaret götürülüb - FOTO

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 55 min siqaret götürülüb - FOTO Gizli yolla gətirilən 54 800 ədəd siqaret müsadirə edilib
Hadisə
7 May , 2016 14:28
Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 55 min siqaret götürülüb - FOTO

Bakı. 7 may. REPORT.AZ/ Xaçmaz Gömrük İdarəsinin “Samur” Gömrük Postunda 3 fakt üzrə minik avtomobillərindən gömrük nəzarətindən gizlədilməklə ölkə ərazisinə gətirilən 54 800 ədəd siqaret aşkar edilərək götürülüb. 

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, siqaretləri ölkə ərazisinə gətirməyə çalışan şəxslər tütün məmulatlarını avtomobillərin müxtəlif yerlərində gizlətməyə çalışsalar da, gömrükçülərin sayıqlığı nəticəsində qaçaqmalçılıq hallarının qarşısı alınıb.

Son xəbərlər

Orphus sistemi