Azərbaycana külli miqdarda pirotexniki vasitənin gətirilməsinin qarşısı alınıb

Azərbaycana külli miqdarda pirotexniki vasitənin gətirilməsinin qarşısı alınıb Bakı. 7 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi Vaz 21044 markalı avtomobilə Qırmızı Körpü gömrük postunda gömrük baxışı həyata keçirilib.
Hadisə
7 Dekabr , 2018 11:09
Azərbaycana külli miqdarda pirotexniki vasitənin gətirilməsinin qarşısı alınıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21044" markalı avtomobilə "Qırmızı Körpü" gömrük postunda gömrük baxışı həyata keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, gömrük baxışı keçirilməzdən əvvəl aparılan şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda, sol karnizlərin içərisində xüsusi düzəldilmiş gizli saxlanc yerində, üzərində "Enigma Fireworks" yazısı olan 760 ədəd və "Corsar" yazısı olan 1560 ədəd pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi