Azərbaycana 23 ədəd mobil telefonun qanunsuz gətirilməsinin qarşısı alınıb

Azərbaycana 23 ədəd mobil telefonun qanunsuz gətirilməsinin qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
19 Aprel , 2017 10:10
Azərbaycana 23 ədəd mobil telefonun qanunsuz gətirilməsinin qarşısı alınıb
Customs.gov.az

Bakı. 19 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasityəsinə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a FDGK-dan məlumat verilib.

Yoxlama zamanı nəqliyyat vasitəsindəki sərnişinin çantasından gömrük orqanına bəyan edilməyən 3 ədəd "Samsung Galaxy J1", 4 ədəd "Samsung Galaxy J1 mini Prime", 9 ədəd "Samsung Galaxy J1 Ace", 5 ədəd "Samsung Galaxy J2", 2 ədəd "Samsung Galaxy J3" markalı, ümumilikdə 23 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi