Azərbaycan xilasediciləri Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir

Hadisə
  • 20 fevral, 2023
  • 06:22
Azərbaycan xilasediciləri Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.