Azərbaycan vətəndaşı Türkiyədə traktorun altında qalaraq ölüb - FOTO

Azərbaycan vətəndaşı Türkiyədə traktorun altında qalaraq ölüb - FOTO Şirvan. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan vətəndaşı Türkiyədə qəzada ölüb.
Hadisə
14 Sentyabr , 2018 14:09
Azərbaycan vətəndaşı Türkiyədə traktorun altında qalaraq ölüb - FOTO
0 : 00
0 : 00

Şirvan. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan vətəndaşı Türkiyədə qəzada ölüb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Türkiyənin Bursa şəhərində Nilüfər ilçəsinin Taxtalı Məhəlləsində qeydə alınınb.

Özəl fermer təsərrüfatında çalışan Şirvan sakini, 1988-ci il təvəllüdlü Seyidov Rauf Rəhim oğlu idarə etdiyi qoşqulu traktoru dönmə anında dərəyə aşırıb. Nəticədə traktorun altında qalaraq hadisə yerində həyatını itirib. Bu gün mərhumun cənazəsinin Türkiyədən gətirilməsi gözlənilir. Qohumlarının dediyinə görə, sentyabrın 15-də R.Seyidovun 30 yaşı tamam olacaqdı.

Faktla bağlı Bursa şəhərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi