Yuxarı
    Bağlamaq

    Azərbaycan vətəndaşı Rusiyada qəza nəticəsində ölüb - VİDEO

    Qəzada iştirak edən digər avtomobilin sükanı arxasında Ermənistan vətəndaşı olub

    Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan vətəndaşı Rusiyanın Stavropol diyarında qəza nəticəsində vəfat edib.

    "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə dünən gecə Nevinnomıssk şəhərində baş verib.

    "Mazda" markazlı avtomobili idarə edən sürücü idarəetməni itirdiyindən nəqliyyat vasitəsi təmir məqədilə yol kənarında dayanan qoşqulu "Volvo" yük maşınına çırpılıb. Nəticədə minik avtomobilindəki iki sərnişin - Azərbaycan vətəndaşı olan 28 yaşlı kişi və 40-45 yaşlarında bir qadın dünyasını dəyişib. "Mazda"nın sürücüsü, Nevinnomıssk şəhərinin 43 yaşlı sakini qəzada xəsarət almayıb.

    Qəzada iştirak edən digər avtomobilin sükanı arxasında Ermənistan vətəndaşı olub.

    Qəza ilə bağlı cinayət işinin açılıb-açılmaması məsələsi həll edilir. Hər iki sürücüdən ayıqlıq dərəcəsini müəyyənləşdirmək üçün qan nümunəsi götürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi