Azərbaycan vətəndaşı Rusiyada piyadaları vurub, 2 nəfər ölüb, 3-ü yaralanıb - VİDEO

Azərbaycan vətəndaşı Rusiyada piyadaları vurub, 2 nəfər ölüb, 3-ü yaralanıb - VİDEO Ölənlərdən biri ABŞ vətəndaşıdır
Hadisə
24 Fevral , 2019 17:19
Azərbaycan vətəndaşı Rusiyada piyadaları vurub, 2 nəfər ölüb, 3-ü yaralanıb - VİDEO

Bakı. 24 fevral. REPORT.AZ/ Fevralın 24-ü gecə saatlarında Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Nevski prospektində "BMW X6" markalı avtomobil ilə hərəkətdə olan 30 yaşlı Murad idarəetməni itirərək yoldan çıxıb və maşını səkidə olan piyadaların üzərinə sürüb.

Nəticədə biri ABŞ vətəndaşı olmaqla 2 nəfər ölüb, daha 3-ü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Rusiya mətbuatında Muradın Azərbaycandan gəldiyi və 10 ildir ki, Peterburqda yaşadığı bildirilir.

Həmçinin qeyd olunur ki, son iki ildə onun barəsində inzibati qayda pozuntusu barədə 55 protokol tərtib olunub. Eyni zamanda avtomobilin cəriməsinin olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi