Azərbaycan və ADB arasında 2019-2023-cü illəri əhatə edəcək tərəfdaşlıq strategiyası müzakirə olunub

Azərbaycan və ADB arasında 2019-2023-cü illəri əhatə edəcək tərəfdaşlıq strategiyası müzakirə olunub Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Hadisə
1997
22 Oktyabr , 2018 16:25
Azərbaycan və ADB arasında 2019-2023-cü illəri əhatə edəcək tərəfdaşlıq strategiyası müzakirə olunub
Maliyyə nazirvi Samir Şərifov / Report
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri, o cümlədən 2019-2023-cü illəri əhatə edəcək ölkə üzrə tərəfdaşlıq strategiyası müzakirə olunub, birgə həyata keçirilən elektrik enerjisi, nəqliyyat - yol şəbəkəsi və dəmir yolu, su təchizatı layihələrinin icra vəziyyəti nəzərdən keçirilib.

Xüsusilə AİB-nin ölkəmizin makroiqtisadi sabitliyinə, dövlət sektorunda effektivliyin artırılmasına, Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsinə, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsinin yenidən qurulmasına verdiyi dəstək vurğulanıb.

Görüş zamanı həmçinin bir sıra sahələrdə texniki yardımlar, eləcə də islahatyönümlü layihələr, maliyyə idarəçiliyi və digər sahələr üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. AİB-ə 48-i regional və 19-u qeyri-regional olmaqla 67 ölkə üzvdür. Bankın baş ofisi Filippin Respublikasının paytaxtı Manila şəhərində yerləşir.

Son xəbərlər

Orphus sistemi