Azərbaycan polisinə “Pikap” tipli avtomobillər verildi

Azərbaycan polisinə “Pikap” tipli avtomobillər verildi ​​​​​​​Daxili İşlər Nazirliyinə yeni xidməti avtomobillər verilib.
Hadisə
12 Dekabr , 2020 10:32
Azərbaycan polisinə “Pikap” tipli avtomobillər verildi

İşğaldan azad edilən ərazilərdə xidmət aparan Azərbaycan polisinin təminatı və təchizatı gücləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, rəhbərliyin göstərişi ilə işğaldan azad edilən rayonlarda çətin və şərəfli xidmətlərini uğurla davam etdirən polis şöbələrinin əməkdaşlarına fəaliyyətlərini daha da səmərəli təşkil etmələri üçün yeni xidməti avtomobillər – ABŞ istehsalı olan “Ford” lar təhkim olunub.

Qeyd edək ki, inkişaf etmiş ölkələrin polis orqanlarının istifadəsində olan “Ford” markalı bu avtomobillər yüksək manevr və keçid qabiliyyətinə, eləcə də müasir mobil təchizatına malikdir.

10:32

Daxili İşlər Nazirliyinə yeni xidməti avtomobillər verilib.

“Report” xəbər verir ki, "Ford" markalı və “Pikap” tipli avtomobillər Post Patrul Xidmətinin istifadəsində olacaq.

Bu avtomobillərdən bütün rayon və şəhərlərdə istifadə olunacaq.

Son xəbərlər

Orphus sistemi