Azərbaycan Ordusunun “Döyüşdə fərqlənməyə görə” medallı hərbçisi yol qəzasında ölüb

Azərbaycan Ordusunun “Döyüşdə fərqlənməyə görə” medallı hərbçisi yol qəzasında ölüb Azərbaycan Ordusunun hərbi qulluqçusu yol qəzasında həyatını itirib.
Hadisə
14 May , 2022 12:38
Azərbaycan Ordusunun “Döyüşdə fərqlənməyə görə” medallı hərbçisi yol qəzasında ölüb

Azərbaycan Ordusunun hərbi qulluqçusu yol qəzasında həyatını itirib.

“Report”un məlumatına görə, hadisə Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə “Hyundai” və “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə Azərbaycan Ordusunun baş giziri Zahid Səlimov hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla Z.Səlimov “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib. O, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə medala layiq görülüb.

Son xəbərlər

Orphus sistemi