Azərbaycan gömrükçüləri xeyli miqdarda aksiz markasız arağın realizə edilməsinin qarşısını alıblar

Azərbaycan gömrükçüləri xeyli miqdarda aksiz markasız arağın realizə edilməsinin qarşısını alıblar Bakı. 13 iyul. REPORT.AZ/ Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markasız spirtli içkinin realizə edilməsinin qarşısı alınıb.
Hadisə
13 İyul , 2018 11:20
Azərbaycan gömrükçüləri xeyli miqdarda aksiz markasız arağın realizə edilməsinin qarşısını alıblar

Bakı. 13 iyul. REPORT.AZ/ Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markasız spirtli içkinin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "VAZ 21074" markalı avtomobil Tovuz rayonu istiqamətində hərəkət edərkən saxlanılıb.

Azərbaycan vətəndaşı Amin Zamanovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada spirtli içkilərin olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində olan 20 ədəd sellofan torbada 100 ədəd 1 litrlik "Finlandiya" adlı araqlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi