Azərbaycan gömrükçüləri siqaretləri gödəkçəsində gizlətmiş şəxsi saxlayıb - VİDEO

Azərbaycan gömrükçüləri siqaretləri gödəkçəsində gizlətmiş şəxsi saxlayıb - VİDEO Bakı. 21 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin Sınıq Körpü gömrük postunda Gürcüstandan Opel Vectra markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və avtomobilinə gömrük baxışı keçirilib.
Hadisə
21 Avqust , 2018 12:53
Azərbaycan gömrükçüləri siqaretləri gödəkçəsində gizlətmiş şəxsi saxlayıb - VİDEO
customs.gov.az
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və avtomobilinə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı, vətəndaşın üzərində olan gödəkçənin içərisindən 3200 ədəd "King" markal siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi