Yuxarı

Azərbaycan gömrükçüləri pirotexniki vasitələr aşkar edib

Faktla bağlı araşdırma aparılır

Bakı. 16 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında gömrük baxışı keçirilib.

Bu barədə “Report” DGK-dan bildirilib. Məlumata görə, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 134 ədəd fişəng və 21600 ədəd pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi