​Azərbaycan gömrükçüləri 450 kq. heroin aşkar ediblər

​Azərbaycan gömrükçüləri 450 kq. heroin aşkar ediblər Narkotik vasitə İrandan Ukraynaya gedən yük maşınında olub
Hadisə
17 Mart , 2016 23:53
​Azərbaycan gömrükçüləri 450 kq. heroin aşkar ediblər

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.

"Report" Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda İrandan gələn və Azərbaycan ərazisindən tranzit keçməklə Ukraynaya getmək istəyən 90 ZV 438/ 99ZC 154 nömrəli yük avtomobili saxlanılıb.

Azərbaycan vətəndaşının idarə etdiyi həmin avtomobilə baxış zamanı 450 kq narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi