Yuxarı
    Bağlamaq

    Azərbaycan gömrükçüləri 30 minə yaxın qanunsuz siqaret aşkar edib

    “Samur” və “Xanoba” gömrük postlarında nəqliyyat vasitələrində nəzarətdən gizlədilən 29,6 min siqaret aşkar olunaraq götürülüb

    Bakı. 26 iyul. REPORT.AZ/ Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirilməsi və realizə edilməsinin qarşısını alıblar. Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında “Samur” Gömrük Postunda Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan yoxlama zamanı avtomobildən 21 600 ədəd siqaret aşkar edilib.

    Həmçinin, “Xanoba” Gömrük Postunda nəqliyyat vasitəsinə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilən 8 000 ədəd siqaret aşkar olunaraq götürülüb.

    Ümumilikdə, 29 600 ədəd siqaretin aşkar edildiyi hər iki fakt üzrə araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi