Azərbaycan ərazisində 4,3 maqnituda gücündə zəlzələ baş verib - YENİLƏNİB

Azərbaycan ərazisində 4,3 maqnituda gücündə zəlzələ baş verib - YENİLƏNİB Zəlzələnin ocağı yerin 36 km. dərinliyində olub
Hadisə
27 Fevral , 2018 23:51
Azərbaycan ərazisində 4,3 maqnituda gücündə zəlzələ baş verib - YENİLƏNİB

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası ərazisində 4,3 maqnituda gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, yeraltı təkanlar ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:03-də Xınalıqdan 17 km şimal-şərqdə Quba rayonu ərazisində qeydə alınıb.

Zəlzələnin ocağı yerin 36 km. dərinliyində olub. Yeraltı təkanlar hiss olunmayıb.


***23:11

Göyçay. 27 fevral. REPORT.AZ/ Göyçay rayonunda zəlzələ baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, yeraltı təkanlar təqribən 23:04 radələrində rayon ərazisində hiss olunub.

İlkin ehtimala görə, zəlzələ 3 maqnituda gücündə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi