“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Aktau şəhərində qəzaya uğrayan təyyarəsi ilə bağlı hazırda yaralıların və ya ölənlərin nəşinin Bakıya gətirilməsi planlaşdırılmır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat katibi Nərmin Xəlilova deyib.
“Bu gün heç bir yaralı və ya şəxsin nəşi gətirilməyəcək. Rəsmi qurumlar araşdırmanı tamamladıqdan sonra ictimaiyyətə dəqiq məlumat təqdim edəcək”, - deyə N. Xəlilova bildirib.
N. Xəlilova əlavə edib ki, zərərçəkənlərin birinci dərəcəli ailə üzvləri qan analizi üçün Baş Prokurorluğun korpusuna göndərilib: “Hazırda 14 nəfər orada müvafiq prosedurdan keçir”.
Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı yaralılar və ölənlərin nəşi Bakıya gətirilməyəcək