Azadlıq prospektində əks yola çıxaraq böyük tıxaca səbəb olan 2800-dən çox sürücü cərimələnib - FOTO

Azadlıq prospektində əks yola çıxaraq böyük tıxaca səbəb olan 2800-dən çox sürücü cərimələnib - FOTO Prospektin Binəqədi rayonu ərazisindən keçən hissəsində uzunluğu bir neçə kilometrə çatan böyük tıxac yaranıb
Hadisə
9 Dekabr , 2017 20:22
Azadlıq prospektində əks yola çıxaraq böyük tıxaca səbəb olan 2800-dən çox sürücü cərimələnib - FOTO
Report

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakıda Azadlıq prospektinin Binəqədi rayonu ərazisindən keçən hissəsində uzunluğu bir neçə kilometrə çatan böyük tıxac əmələ gəlib.

"Report" xəbər verir ki, artıq bir aya yaxındır mütəmadi olaraq təkrarlanan hadisəyə prospektin Binəqədi kəndi istiqamətində olan hissəsində aparılan əsaslı təmir-tikinti işləri ilə yanaşı bir çox sürücünün yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn avtomobillərin hərəkətini əngəlləməsi səbəb olur.

Hadisə yerində xidmət aparan Yol Patrul Xidməti müfəttişinin "Report"a verdiyi məlumata görə, gün ərzində Azadlıq prospektinin Novxanı qəsəbəsi istiqamətində olan hissəsində əks yola çıxan 2800-dən çox avtomobil müşahidə kameralarına düşüb. Onun sözlərinə görə, yol hərəkəti qaydasını kobud şəkildə pozan sözügedən sürücülər barəsində 100 manat 4 bal olmaqla protokol tərtib olunacaq.

Son xəbərlər

Orphus sistemi