Avtoxuliqanlıq edən sürücülər həbs olundu

Avtoxuliqanlıq edən sürücülər həbs olundu Onlardan biri 1 il müddətində sürücülük hüququndan məhrum edilib
Hadisə
27 Fevral , 2021 10:21
Avtoxuliqanlıq edən sürücülər həbs olundu

Astarada avtoxuliqanlıq edən sürücülər saxlanılıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücülər saxlanılıb.

Astara sakinləri F.Kazımzadə və Ü.Cabbarlı idarə etdikləri “VAZ 2107” markalı avtomobillərlə rayonun Siyaku kəndində yerləşən məktəbin qarşısında nəqliyyat vasitələri, eləcə də piyadalar üçün təhlükəli olan manevrlər və avtoxuliqanlıq hərəkətləri ediblər. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücülər saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib və barələrində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub. Ü.Cabbarlı isə əlavə olaraq 1 il müddətində sürücülük hüququndan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi