Avtomobillərdən oğurluq edən şəxs saxlanıldı

Avtomobillərdən oğurluq edən şəxs saxlanıldı Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.
Hadisə
15 İyun , 2020 14:13
Avtomobillərdən oğurluq edən şəxs saxlanıldı

Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyat zamanı iyunun 14-də “Peugeot” markalı avtomobildən pul, skeyt və videoqeydiyyat cihazı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini A.Əlimərdanov saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun daha üç avtomobildən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi