Avtomobilin vurduğu qadın öldü, sürücü qaçdı - MƏHKƏMƏ

Hadisə
  • 24 aprel, 2020
  • 06:15
Avtomobilin vurduğu qadın öldü, sürücü qaçdı - MƏHKƏMƏ

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Murad Sulxayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nahid Mirzəyevin icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Zaqatala şəhəri Nizami küçəsində baş verib.

Yuxarı Tala kənd sakini Murad Sulxayev idarə etdiyi "Chevrolet Camara" markalı, "10-RR-024" dövlət qeydiyyat nişanlı avtomobil ilə yolu keçən piyada, Zaqatala şəhər sakini Fərasət Davudovanı vurub. 

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

M.Sulxayevə Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə ittiham verilib.