Cəlilabadda yol qəzası zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB - VİDEO - ƏLAVƏ OLUNUB

Cəlilabadda yol qəzası zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub
Hadisə
17 Fevral , 2019 22:15
Cəlilabadda yol qəzası zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB - VİDEO - ƏLAVƏ OLUNUB

Video əlavə olunub


***20:27

Cəlilabad. 17 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda baş verən yol qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, yaralılar - sürücü, Zəngilan rayon sakini, 1990-cı il təvəllüdlü Hüseynli Abbas Məhəmməd oğlu, sərnişinlər - Lənkəran rayon sakini, 1990-cı il təvəllüdlü Mirzəyev Vüsal Elman oğlu və Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Vərəsli Elşən Rafiq oğludur. Yaralıların hamısı Bakıdakı xəstəxanalardan birinə yola salınıb.

Qeyd edək ki, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes SLS" markalı minik avtomobili yoldan çıxaraq aşıb və yanmağa başlayıb. Hadisə yerinə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvələri cəlb edilib, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


***19:06

Cəlilabadda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb və yanmağa başlayıb. Hadisə yerinə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvələri cəlb edilib və yanğın söndürülüb.

İlkin məlumata görə, qəza zamanı 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Cəlilabadda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son xəbərlər

Orphus sistemi