Avropada itkin düşən azərbaycanlı həkim xəstəxanada tapılıb

Avropada itkin düşən azərbaycanlı həkim xəstəxanada tapılıb Macarıstandan Almaniyaya səfər edərkən itkin düşən azərbaycanlı həkim Toğrul Cəfərli tapılıb.
Hadisə
5 Noyabr , 2021 10:59
Avropada itkin düşən azərbaycanlı həkim xəstəxanada tapılıb

Macarıstandan Almaniyaya səfər edərkən itkin düşən azərbaycanlı həkim Toğrul Cəfərli tapılıb.

"Report" xəbər verir ki, bu barədə onun dostları məlumat yayıblar.

Bildirilib ki, T.Cəfərli Macarıstandan Almaniyaya səfər edərkən hava limanında səhhəti pisləşib və dərhal xəstəxanaya yerləşdirilib: "Toğrul xəstəxanada müalicə aldığı müddətdə həyat yoldaşı ilə əlaqə yarada bilməyib. Ancaq artıq telefonla danışıblar".

Qeyd edək ki, T.Cəfərli Almaniyanın Lor-am-Mayn şəhərində həkim-psixiatr işləyir.

Son xəbərlər

Orphus sistemi