Astarada qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb - YENİLƏNİB-2

Astarada qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb - YENİLƏNİB-2 Astarada güllələnmə olub, bir nəfər ölüb.
Hadisə
30 İyun , 2024 00:02
Astarada qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb - YENİLƏNİB-2

Astarada qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Astara rayon prokurorluğundan "Report"a bildirilib ki, iyunun 29-da saat 21 radələrində Astara rayonunun Şüvi kəndi ərazisində 1967-ci il təvəllüdlü Namik Əhmədovun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Astara rayonu Şüvi kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir İsrafilovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Namik Əhmədovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bəşir İsrafilov xəstəxanaya yerləşdirilib və polis mühafizəsi altında saxlanmaqla ona tibbi yardım göstərilir.

2024-06-29 23:57

Astarada güllələnərək qətlə yetirilən şəxsin kimliyi məlum olub.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, iyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

23:25

Astarada güllələnmə olub, bir nəfər ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Şüvi kəndində baş verib.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirməkdə şübhəli bilinir. Sonra o, özünün baş nahiyəsindən atəş açıb.

B.İsrafilov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi