Astarada ər və arvad bir-birini bıçaqlayıb - YENİLƏNİB

Astarada ər və arvad bir-birini bıçaqlayıb - YENİLƏNİB Əvvəlcə qadın kişini vurub, ardınca kişi bıçağı alaraq ona bir neçə zərbə endirib
Hadisə
6 Yanvar , 2019 14:18
Astarada ər və arvad bir-birini bıçaqlayıb - YENİLƏNİB

Astara. 6 yanvar. REPORT.AZ/ Astara şəhərində ər və arvad arasında bıçaqlaşma olub.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Astara rayonu Şahağacı kənd sakini, 1981-ci il təvəllüdlü Yeganə İltifat qızı Hüseynova və onunla qeyri-rəsmi nikahda olan, Təngərüd kənd sakini, 1986-cı il təvəllüdlü Hüseynov Kamin Kazım oğlunun "Qum" küçəsində kirayədə qaldıqları evdə baş verib.

Aralarında yaranan şəxsi münaqişə zamanı Y.Hüseynova meyvə qabındakı bıçaqla K.Hüseynovun boyun nahiyəsinə xəsarət yetirib. Ardınca K.Hüseynov bıçağı onun əlindən alaraq qadına 4 zərbə endirib. Hadisə zamanı evdə Y.Hüseynovanın əvvəlki nikahdan olan yeniyetmə qızı olub. Hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


*** 11:49

Astara. 6 yanvar. REPORT.AZ/ Astara rayonunda ər-arvad bıçaqlanıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Astara şəhərinin Qum küçəsində onların kirayə yaşadıqları ünvanda baş verib.

Belə ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına bıçaqlanma ilə ər və arvad gətirilib. 

Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, hər iki yaralının vəziyyəti ağırdır: "Yaralılara həkimlər tərəfindən ilkin tibbi yardfım göstərilib. Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar əməliyyat olunublar. Daha sonra xəstəxananın Reanimnasiya şöbəsinə yerləşdiriliblər. Əməliyyat zamanı məlum olub ki, qadın 4 bıçaq zərbəsi, kişi isə 1 bıçaq zərbəsi alıb".

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin kim tərəfindən və hansı zəmində törədilməsi araşdırılır. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Daha əvvəl Oğuzda 20 yaşlı gənc bıçaqlanıb.

Son xəbərlər

Orphus sistemi