Astarada birmərtəbəli ev yanaraq külə dönüb

Hadisə
  • 18 iyul, 2021
  • 12:14
Astarada birmərtəbəli ev yanaraq külə dönüb

Astara rayonunun Kijəbə qəsəbəsində ümumi sahəsi 180 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.